!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ səfirliyini atəşə tutmaqda şübhəli bilinən şəxslər saxlanıldı

!Reklam – Yazi

Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxsləri saxlayıb.

Yenicag.az xəbər verir ki, cinayətin törədildiyi avtomobil də tapılıb.

NTV telekanalının məlumatına görə, atəş açanlar 38 və 39 yaşlı iki kişidir. Onlardan həmçinin səfirliyə atəş açıldığı tapança da aşkar edilib.

İnsident yerli vaxtla saat 05:00 radələrində baş verib. Atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.

COP29

www.yenicag.az

1299
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv