ABŞ Şimali Koreya ilə münaqişənin hərbi yolla həllinə hazırdır.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib: “Prezident Tramp açıq-aydın bildirib ki, hərbi yolla həll variantı mövcuddur. Ordumuz da buna hazırdır”.
R.Tillerson onu da əlavə edib ki, ABŞ KXDR-lə danışıqlara başlamaq üçün hər hansı şərtləri qəbul etmək niyyətində deyil.