ABŞ, İngiltərə və Fransanın iştirakı ilə aparılan hərbi əməliyyat zamanı Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 40 nəfərin ölümü ilə nəticələnən kimyəvi hücuma etiraz əlaməti olaraq Əsəd rejiminə aid yerləri vurduqlarını elan ediblər. Əməliyyatı ABŞ prezidenti Donald Tramp televiziyadakı çıxışı ilə bütün dünyaya çatdırıb. Daha sonra isə İngiltərənin baş naziri Tereza Mey bu qərarı çox çətinliklə aldıqlarını bildirib. O qeyd edib ki, avizərbələrin məqsədi Əsədin kimyəvi silahlardan istifadə etməsinin qarşısını almaqdır.
Qeyd edək ki, əməliyyata ilk olaraq Rusiya öz etirazını bildirib.