ABŞ tərəfindən HÖRMÜZ BLOKADASI payızadək uzadıla bilər

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid etdiyini bildirib, lakin vəziyyətin uzana biləcəyini və Hörmüz boğazı bölgəsindəki ABŞ dəniz blokadasının daha bir neçə ay qüvvədə qalacağını istisna etməyib.

media-banner_tkm

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə “The New York Post” qəzetinin “Pod Force One” proqramına müsahibəsində deyib.

“O dedi ki, ABŞ dəniz blokadasının Əmək Gününə – 7 sentyabra qədər saxlanılmasını mümkün hesab edir”, – Trampdan müsahibə alan jurnalist bildirib.

Bununla belə, ABŞ Prezidenti belə bir ssenarinin az ehtimal olunduğunu qeyd edib.

“Mən bilmirəm, düşünürəm ki, belə bir şey ola bilər (blokadanın sentyabra qədər uzadılması – red.). Amma bu, az ehtimal olunur. Düşünürəm ki, biz bütün problemləri həll edəcəyik, özü də kifayət qədər tez”, – Tramp deyib.

Eyni zamanda Tramp İranla davam edən danışıqlar barədə nikbin fikirlər səsləndirərək, vəziyyətin “sürətlə inkişaf etdiyini” qeyd edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05