ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirdi

media-hightechnic-468x90

Çin Xalq Respublikası (ÇXR) ilə ABŞ hava və dəniz məkanında təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb.

media-banner_tkm

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÇXR Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Tərəflər arasında keçirilmiş danışıqlar bəyanatda “səmimi və konstruktiv” kimi dəyərləndirilib.

Qeyd edilir ki, görüş mayın 28-dən 29-dək Havay adalarında hərbi dəniz məsləhətləşmələri mexanizmi çərçivəsində keçirilib. Tərəflər yanlış hesablamalara yol verməmək və qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə insident risklərinin azaldılması və kommunikasiya kanallarının möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05