!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür” – Azər Xudiyev

!Reklam – Yazi

“ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüşə Bakının ev sahibliyi etməsi şansı böyükdür”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.

Diplomat deyib ki, dünyanın nufuzlu “Politiko” nəşri tərəfindən təklif edilən paytaxtların sırasında Bakının da tarixi görüş məkanı kimi seçilməsi şansı böyükdür:

“İstənilən halda, bütün münasibətlərdən çıxış edərək, qeyd olunmalıdır ki, dünyanın nüfuzlu “Politico” nəşrinin paytaxt Bakını da görüş məkanı ola biləcək şəhərlər siyahısında göstərməsi Azərbaycanın beynəlxalq səviyyədə sülh və sabitlik paradiqmasından yanaşmasını göstərir”.

Azər Xudiyevin sözlərinə görə, Azərbaycan bu sahədə böyük təcrübəsi var və indiyədək Bakıda ABŞ və Rusiyanın baş Qərargah rəislərinin bir neçə görüşü baş tutub:

“Siyahıda namizəd kimi adları qeyd olunan paytaxtlar arasında ən şanslı şəhərlər Vyana, Helsinki, Lyublyana və Bakı hesab olunur. Çünki son zamanlar Rusiya və Çex Respublikası arasında yaranan diplomatik skandallar bu ölkələr arasında müəyyən soyuqluq yaradıb. Bu baxımdan da Rusiya üçün paytaxt Praqa şəhərində görüşün keçirilməsi məqbul sayıla bilməz.

Digər tərəfdən isə bildiyiniz kimi, SSRİ-nin dağılması prosesi Mixail Qorbaçov ilə Ronald Reyqanın Reykyavik şəhərində görüşündən sonra başladı. Bu gün prezident Putinin SSRİ-nin dağılması prosesinə qarşı olması heç kəsə sirr deyil. Bununla bağlı Putin dəfələrlə öz çıxışlarında nostalji hisslərini gizlətməyib. Ona görə də istər subyektiv, istərsə də obyektiv səbəblərdən bu görüşün Reykyavikdə keçirilməsi də real deyil.

Zərurətdən irəli gələn bir məqamı da qeyd edim ki, bu məsələdə əsas amillərdən biri kimi seçiləcək məkanın təhlükəsizlik baxımından stabil ve güvənli olmasıdır. Bu baxımdan da Azərbaycanın paytaxtı Bakı şəhərinin də görüş məkanı kimi nəzərdən keçirilməsi faktı özlüyündə ölkəmizə qarşı beynəlxalq namenklatura tərəfindən təhlükəsiz ölkə faktorunun qəbul edilməsi deməkdir”.

Azər Xudiyev qeyd edib ki, iki fövqəl dövlətin başçılarının görüşünü dünya səbrsilziklə gözləyir və bu məsələ dünya siyasətinin gündəliyində olan ən vacib məsələlərdən biridir:

“Sözsüz ki, bu görüş tarixi görüş olacaq və böyük ictimai-siyasi rezonas yaradacaq. Bu baxımdan da belə bir əhəmiyyətli görüşə ev sahibliyi kimi seçiləcək paytaxt böyük tarixi avantajlar əldə edəcək”.

www.yenicag.az

1912
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv