ABŞ və Rusiya XİN başçıları görüşüb

ABŞ xarici işlər naziri Tillerson və rusiyalı həmkarı Sergey Lavrov Nyu-Yorkda Suriyada baş verən sonuncu prosesləri qiymətləndiriblər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, axşam saatlarında görüşən XİN rəhbərləri BMT iclasından əvvəl öz aralarında məsələni müzakirə ediblər. BMT-nin 2254 saylı qətnaməsinə əsasən, Cenevrə prosesinin davam etməsi üçün lazımi şərtlərin yaradılması qərara alınıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti sessiyası üçün Nyu-Yorkda toplanan ölkə liderləri bu gün görüşəcəklər.

COP29