!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda baş vermiş yanğın zamanı 10 baş iribuynuzlu heyvan tələf olub

!Reklam – Yazi

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanıb. Yanğın zamanı tövlənin içərisində olan 10 baş iribuynuzlu heyvan tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az

COP29

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv