!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Açıq-saçıq fotoları yayılan cazibədar model: “Kişiləri əlində fırladır” - FOTOLAR

!Reklam – Yazi

Cazibədar model və aktrisa Ramina Abbasovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Ramina haralardasan, dedilər birdəfəlik xaricə köçmüsən?

– Yox, yalandan xəbərlər yayıblar ki, Ramina Azərbaycandan köçüb. Məni istəməyənlər belə xəbərləri yayırlar. Azərbaycandayam və filmlərə çəkilirəm. “İkili həyat” filmində çəkildim. Sentyabrda Qala gecəsi keçiriləcək.

– Səni daha çox hansı film tanıtdı?

– Komediyalarla tanındım. “Bozbaş pictures”in filmləri ilə məşhurlaşdım.

– Sosial şəbəkədə çox aktivsən. Daha çox nə yazırlar sənə?

– Çox şeylər yazırlar, amma fikir vermirəm. Çünki mən xasiyyətcə davakar adam deyiləm və qalmaqal etməyi xoşlamıram.

– Geyimlərində və davranışında cəmiyyəti nəzərə alırsan?

– Qətiyyən. Mənim öz stilim və həyata baxışım var. Çox tənqid edirlər, amma artıq öyrəncəliyəm. Kim məni bəyənir, kim bəyənmir, bu, məni heç maraqlandırmır. Çünki hərənin öz fikri var.

– Komplimentlər çox olur?

– Həddən artıq. Yazırlar ki, qəşəng qızsan, “barbi”lərə oxşayırsan. Orta məktəb və universitetdə oxuyan qızlar da özlərini mənə oxşadır, mənim kimi bəzənirlər.

– Hansı kişi tiplərinə üstünlük verirsən: yaraşıqlı, xarizmatik, yoxsa mərd?

– Sözünün üstündə duran kişiləri. Hesab edirəm ki, əgər kişi bir sözü dedisə, əməl etməlidir.

– Bəs görünüş?

– İspan tipli oğlanları xoşlayıram. Enrike İqlesias, Mario Kasas kimi kişiləri xoşlayıram. Üzünə baxan kimi bilirsən ki, kişidir.

– Müasir oğlanlarda hansı xüsusiyyət səni qıcıqlandırır?

– Deyirlər əşşi, hər yer qızla doludur, bu gün bununla sevgili olum, sabah başqasıyla. Vaxt keçirməyi daha çox xoşlayırlar.

– Sənin də sevgilin elədir?

– Çoxdandır sevgilim yoxdur, təkəm, belə rahatam.

– Ən çəkilməz, “ifritə” xüsusiyyətin hansıdır?

– İfritə ona deyərəm ki, kişiləri əlində fırladır, kişi onun üçün hər şeyi edir.

– Qəlbini ovlamaq asandır?

– Bilmirəm.

– Karyeranı ailəyə dəyişərsən?

– Yox, belə öyrəşmişəm. Karyeramda nə istəyirəm, onu da edirəm. 26 yaşım var. Dəyişən deyiləm. Balaca uşaq deyiləm ki, fikrimi tez-tez dəyişim. Məni sevən belə qəbul etməlidir.

– Kiminsə məşuqəsi olarsan?

– Evli kişinin sevgilisi olmaram.

Cəvahir

COP29

www.yenicag.az

8751
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv