“Adam nə qədər eyni kişini…”- Müğənnidən ittihamlar (FOTO)
Türkiyədə yaşayan və Azərbaycanda fəaliyyət göstərən müğənni Bəturə Hüseynova od püskürüb. Sənətdəki iyrəncliklərə dözə bilməyən Bəturə Hüseynova açdı ağzını, yumdu gözünü:
“Bu gün ordan burdan gələn hamı müğənni olub. Tar, gitara, skripka çalan hamı bu sənətdə müğənnilik edir. Mən sənin gəlib işini əlindən alıram? Televiziyalara bugün ali təhsilli müğənnilərdə lazım deyil. Bu müğənnilikdən anlayışı olmayan, savadsızlar basıb aləmi. Kimsə kiminsə sayəndə gəlib müğənni olur bugün. Bu sənət çox cılızlaşdırılıb.Eyni müğənnini bir kanalın hər verlişində görməkdən iyrənirsən. Adam nə qədər eyni kişini, eyni qadın müğənnini hər həftə görər? Bəsdirin. Özünüzə hörmət edin”
Qeyd edək ki, Bəturə xanım Aygün Bayramova, Könül Kərimova, Aybəniz Haşımova, Zakir Əliyev kimi sənətçilərlə birgə Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunudur və ustad sənətkarların yetirməsidir.
Samir Aslan