Rəhman Rəhmanov: “Bura gələndə yeriyə bilmirdim”
“Camaat məzuniyyətini kurortlarda keçirir, amma mən məzuniyyətimi Şəki Reabilitasiya Mərkəzində, yəni xəstəxanada keçirirəm”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov deyib.
Səhhəti pisləşdiyi üçün Əlillərin Bərpa Mərkəzinə yerləşdirilən aktyor son durumu barədə məlumat verib:
“Məzuniyyətə çıxmışıq. Amma camaat məzuniyyətini kurortlarda keçirir, mən isə məzuniyyətimi Şəkidə Əlillərin Bərpa Mərkəzində, yəni xəstəxanada keçirirəm. Mən ikinci qrup əlil olduğum üçün bura göndərdilər. Bura gələndə nə yeriyə, nə də oturub-dura bilirdim. Səhhətimlə əlaqədar çox əziyyət çəkirdim. Bura gələndən sonra vəziyyətim xeyli dəyişib, artıq yeriyə bilirəm. Mərkəzin rəhbəri Tərlan Qurbanov başda olmaqla bütün personal qayğımı çəkir, sağ olsunlar. Mən bura gələndə bütün kollektiv məni qapının ağzında gül-çiçəklə qarşıladı. Mənə olan bu diqqət və qayğı gözlərimi yaşartdı. Sənətkarı da yaşadan qayğı, diqqət və sevgidir”.
Cəvahir













