!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Adam vuran bacıların keçmiş prodüseri qorxu içində : "Xəbər verdilər ki, bacılar adam vurub, tez gəl"

!Reklam – Yazi

Səhər saatlarında qaynarinfo.az-ın yaydığı məlumata görə müğənni bacılar – Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə ağır qəza törədiblər.

Səhər saat 09:00 radələrində bacıların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin “Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən yaşlı bir kişini vurub.

Piyadanın ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı deyilir.

Yeniçağ.az müğənnilərin keçmiş prodüseri Toliklə əlaqə saxladı.

O qorxulu heç nə olmadığını deyib:

“Səhərin gözü açılmamış məni də qorxutdular. Bir taksi sürücüsü zəng etdi ki, bəs qəza olub. Dedim vay-vay, yəqin elə bir ağır qəza olub ki… Tez qızlarla əlaqə saxladım. Qorxulu heç nə yoxdur. Kişinin bir balaca qolu əzilib. Sevil onu xəstəxanaya aparıb, Sevinc də oturub maşında polisi gözləyib. Yazıq qızlar qorxublar. Mən onlarla işləməsəm də onlara həmişə uğur arzulayıram”.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

1074
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv