Adamyeyənlər ailəsi saxlanılıb - İstintaq Komitəsi təsdiqlədi  

media-hightechnic-468x90

Rusiyanın Krasnodar vilayətində hanniballar (adamyeyənlər) ailəsi saxlanılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsi təsdiqləyib.

Məlumata görə, bir neçə gün əvvəl Krasnodarda aviasiya məktəbinin ərazisində içərisində qadın bədəninin hissələri olan paket və vedrə tapılıb.

Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları 35 yaşlı yerli sakini saxlayıblar. O, yolun təmiri ilə məşğul olan işçilərdən birinin küçədə tapdığı telefon araşdırıldıqdan sonra tutulub. Həmin telefonda insan bədəninin doğranmış hissələrinin şəkilləri olub.

Rusiya İstintaq Komitəsi indiyədək yalnız bir adamın öldürülməsini təsdiqləyib. Lakin yerli KİV-lər hanniballar ailəsinin regionda 1999-cu ildən indiyə qədər bir sıra cinayətlər törətmək ehtimalını inkar etmir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600