“Adınızı bir-bir açıqlayacağam” – Zümrüd kimə SÖZ ATDI?
“Mənə dedilər toy şənliyinə aparıcı istəyiblər, müğənni deyib, nə edirsən aparıcını, elə özüm apararam”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova deyib.
O, toy bazarında baş alıb gedən monopoliyadan danışıb:
“Mənə dedilər, toy şənliyinə aparıcı istəyiblər, müğənni deyib, nə edirsən aparıcını, elə özüm həm oxuyaram, həm də toyu apararam. Sənin öz işin var, öz işinlə məşğul ol. Mövsümün sonunda onların adlarını açıqlayacağam. Artıq boğaza yığılmışam. Müğənni soruşur ki, toyun aparıcısı kim olacaq, məni kim təqdim edəcək? Deyir ki, özüm. Ay balam, normal toyun aparıcısı olar da… Yəni burada da bir monopoliya var. Müğənnilər arasında isə dəhşətli dərəcədə monopoliya var. Müğənniləri toy bazarından vuran da elə öz həmkarlarıdır”.
Cəvahir