!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adnan Oktardan Atatürklə bağlı heyrətləndirən açıqlama - VİDEO

!Reklam – Yazi

Tükiyədə həbs olunan Adnan Oktar ona qarşı irəli sürülən ittihamları rədd edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, o, Atatürkçü olduğunu bildirərək günahsızlığını sübut etməyə çalışıb:

“Atatürkçü, milliyyətçi, günahsızam. Şikayətçi olanlar mənə şər atır. Xarici əlaqələrim Türkiyə əleyhinə deyil, leyhinədir. Azyaşlı qızları evimə gətirərək, onlara təcavüz etməyim iddiasını da qəbul etmirəm. Mən qanunla, hüquqla yaşayan adamam. Bütün bu iddialar çox çirkindir. Qəbul etmirəm. Getdiyim yerlər bəllidir. Gizli, anlaşılmayan bir təşkilat rəhbəri deyiləm”.

Qeyd edək ki, Türkiyədə özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar və 235 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində saxlanılıb.

Onlar mütəşəkkil cinayət qrupu yaratmaq, yetkin olmayanlarla cinsi əlaqədə olmaq, uşaq qaçırmaq, hərbi casusluq, dini inanc və duyğuların istismar olunması, dələduzluq, çirkli pulların yuyulması, şəxsi həyat sirlərini ifşa etmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa əməl etməmək, cinsi təcavüz, təhdid, iftira, xalqı hərbi xidmətdən çəkindirmək maddələri üzrə təqsirləndiriliblər.

Cinayətkar təşkilata cəlb olunmuş 54 nəfərin dindirilməsi davam edir.

COP29

www.yenicag.az

2400
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv