Adnan Oktarın sağ əli tutulub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, təşkilatın ikinci adamı olan Tarkan Yavaş 20-dən çox maddə üzrə təqsirləndirilir.
Bunlara yetkin olmayanlarla cinsi əlaqədə olmaq, uşaq qaçırmaq, hərbi casusluq, dələduzluq, rəsmi sənədlərdə saxtakarlıq, cinsi təcavüz və sair maddələr daxildir.
Qeyd edək ki, ötən gün evinə edilən basqın zamanı tapılmayan Tarkan Yavaşın qaçdığı düşünülürdü.
www.yenicag.az