Adnan Oktar:”Xocalı qətliamını ermənilər etməyib, Ermənistanla sərhədləri də açacağıq”- Video
Türkiyənin ən qaranlıq camaat liderlərindən olan Adnan Oktar Azərbaycanda yenidən aktivləşib. Azərbaycanın peyki olan AZƏRSPACE-də öz telekanalını yayımlatmağa nail olan A.Oktar ölkəmizdə yenidən əvvəlki mövqelərini bərpa etmək istəyir.
Belə ki, Türkiyədə erməni təbliğatçılığı edən, Ermənistan-Türkiyə protokolları imzalandığı zaman ictimaiyyəti buna hazırlayanlardan biri olan Adnan Oktarın Azərbaycan sevgisinin saxta olduğu hələ uzun illər öncədən bəllidir. Belə ki, Adnan Oktarın hazırladığı və ölkəmizdə yayılması üçün göndərdiyi xəritələr bir neçə il öncə Azərbaycan hüquq mühafizə orqanları tərəfindən yığışdırılaraq, məhv edilmişdi. Çünki həmin xəritələrdə Azərbaycan Ermənistan ərazisi kimi göstərilirdi. Həmin hadisədən sonra Azərbaycandan 10-a yaxın jurnalisti üç günlük Türkiyəyə dəvət edərək, müsahibələr verən Adnan Oktar ölkə rəhbərliyimizə yaltaqlanaraq, vəziyyətdən çıxmağa çalışırdı.
Ancaq eyni zamanda erməni təbliğatını da davam etdirirdi.
Həm erməni təbliğatını davam etdirib, həm də Azərbaycanda təşkilatlanmalarına isə o zaman Prezident Aparatında çalışan Elnur Aslanov dəstək verdi. Təbii ki, aralarında elə bir ideoloji bağ yox idi. Fəqət aralarında çox anlaşılan bir dil var idi: para dili.
Nəticədə “İrəli”nin içərisində özlərinə yer tapan adnançılar yavaş-yavaş təşkilatlandılar.
Bu gün isə yenidən aktivləşiblər. Təəssüflər olsun ki, Türkiyədə olduğu kimi burada da qadınları önə çəkən adnançılar bir sıra nazirliklərimizə, dövlət komitələrimizə və QHT-lərimizə soxula biliblər. 2015 parlament seçkilərindən də pay almaq istəyən bu sekta ilə bağlı dönəmin daxili işlər naziri Səadəddin Tantan bunu söyləmişdi: “Adnan Oktar Abdullah Öcalan qədər təhlükəlidir”.
Təəssüf ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov belə bir zərərli ermənipərəst qrupun telekanalının AZƏRSPACE-də yayımlanmasına göz yummaqdadır. Digər nazirlik və komitələr də bu sektanın fəaliyyətinə bilərəkdən və ya bilməyərəkdən dəstək verməkdədirlər.
Aşağıdakı videonu izləsələr, açıq şəkildə görərlər ki, Adnan Oktarın azərbaycanlı kedi və aslancıqları nə qədər maskalansalar da, əslində Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldular.
Bu videoda Adnan Oktar açıq şəkildə ermənipərəst olduğunu ortaya qoymaqla yanaşı Xocalı Soyqırımını ermənilərin etdiyinə inanmadığını da bildirir. Əcəba, hörmətli Əli Abbasov telekanalının yayımına icazə verdiyi bu şəxs kimi düşünür? Biz buna inanmaq istəmirik…
https://www.youtube.com/watch?v=TRvqjnwfyGc