!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADPU-da AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

!Reklam – Yazi

Bu gün ADPU-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər və tələbələr, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, yazıçılar, ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş əsərlərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımız böyük tarixi hadisə ərəfəsindədir:

“Xalqımız hər il 28 May – Respublika Gününü qeyd edir. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Həmçinin, dövlət başçımız 2018-ci il yanvar ayının 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın deyil, eləcə də bütün Türk dünyasının milli qürur mənbəyidir. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament tipli respublikadır”.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri, araşdırmaçı, yazıçı İrfan Çiftçi çıxışında ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsini xatırladaraq, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib:

“Yüz il bundan öncə Azərbaycan xalqının vətənpərvər ruhlu, müasir, mütərəqqi və demokratik düşüncəli övladları Azərbaycan Xalq Cümhuriyyətini yaradıblar. Azərbaycan Xalq Cümhuriyyətinin Türk dünyasının ictimai-siyasi fikir tarixində xüsusi şərəfli yeri və böyük rolu var”.

Müşavir, həmçinin, türk-islam fikir tarixinin inkişafında Cümhuriyyət dövründə yetişmiş ziyalıların böyük töhvə verdiyini xüsusilə vurğulayıb. Əli Bəy Hüseynzadənin “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasının bu gün də öz aktuallığını qoruduğunu bildirən İrfan Çiftçi mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə və Azərbaycanın izlədiyi siyasətin örnək olduğunu qeyd edib.

Məmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist Nəcibə Bağırzadə isə Cümhuriyyətin banisi barədə ətraflı məlumat verib.

Sonda isə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin tələbələri saz havaları və xalq rəqsləri ilə iştirakçıların qarşısında çıxış ediblər.

COP29

www.yenicag.az

2492
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv