ADY Qazaxıstan və Gürcüstanla əməliyyatları elektron qaydada həyata keçirir

media-hightechnic-468x90

Son 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsallaşdırılması istiqamətində böyük irəliləyişə nail olunub.

Yenicag.az xəbər verir ki, bu sözləri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində çıxışı zamanı ADY-ın Rəqəmsal inkişaf departamentinin əməkdaşı Asif Hüseynov deyib.

Onun sözlərinə görə, sənəd dövriyyəsi və yüklərin qəbul edilib, göndərilməsi işləri rəqəmsallaşdırılıb.

“ADY Qazaxıstan və Gürcüstanın Dəmir Yolları ilə əməliyyatları və sənəd dövriyyəsini elektron qaydada həyata keçirir. Rəqəmsallaşdırma işləri TRACECA-nın təqdim etdiyi proqramlar üzərində həyata keçirilir”, – deyə A.Hüseynov nəzərə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600