!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Afərin Hovannisyana ki, bizə azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib”

!Reklam – Yazi

“Bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi “Google Earth” vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla da erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər”.

Bu barədə Yenicag.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib: “Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib”.

Xatıqrladaq ki, A.Hovannisyan bu günlərdə öz “Feysbuk” səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

www.yenicag.az

1539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv