AFFA 2 idman kanalına dair birgə bəyanat yaydı
AFFA, “CBC Sport” və “İdman TV” birgə bəyanat yayıblar.
Yenicag.az xəbər verir ki, birgə bəyanatda artıq Misli Premyer Liqası matçlarının “CBC Sport”la yanaşı, “İdman TV”də də yayımlanacağı bildirilib. Yəni hər turdan 1 matç “İdman TV” vasitəsi ilə nümayiş etdiriləcək.
Misli Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın.













