Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

AFFA baş katibinin başı yeməyə qarışdı, kubok yaddan çıxdı - Rəzalət

Reklam: High Technic

Xəbər verdiyimiz kimi FİFA Dünya çempionatının kuboku Bakıya gətirilib.

Yenicag.az xəbər verir ki, bu səfər “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Bu gün isə futbol dünyasının ən ali mükafatı azərbaycanlı azarkeşlərə nümayiş etdiriləcək. Bunun üçün “Gənclik Mall” ticarət mərkəzini seçən təşkilatçılar tədbirin başlanma saatı kimi 13:00-ı göstərsələr də, buna əməl olunmayıb.

Kuboku yaxından görmək istəyən paytaxt sakinləri təxminən 40 dəqiqə ayaqüstə gözlədikdən sonra, tədbirin saat 15:00-da başlayacağı xəbərini alıblar. Nəticədə, tədbirin təşkilatçılığının məsuliyyətsizliyinə etiraz edən azarkeşlərin bir qismi sözügedən məkanı narazı halda tərk ediblər.

Maraqlıdır ki, kubokla şəkil çəkdirmək istəyənlər arasında hamilə qadın da olub. Görünür, həmin hamilə qadının ayaqüstə gözləməsinə səbəb AFFA-nın baş katibi Elxan Məmmədovun başının kuboku Bakıya gətirən Kristian Karambö ilə nahar yeməyinə qarışması olub.

Emin Səfərov

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1747
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM