AFFA bu klubları cərimələdi

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXI turunda baş verən qayda pozuntularına görə “Şamaxı” və “Kəpəz” klublarını cərimələyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“İmişli” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. “Sabah” – “Kəpəz” matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya olunub, “Kəpəz” klubu isə 1000 manat məbləğində cərimə olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05