AFFA-dan 1 milyon istəyən futbolçu

media-hightechnic-468x90

75850AFFA Rusiyada oynayan iki həmyerlimizlə danışıqlar aparır.

Bu barədə qurumun prezidenti Rövnəq Abdullayev məlumat verib.

AFFA prezidenti bildirib ki, Ayaz Quliyev və Ramil Şeydayevlə danışıqlar gedir: “Hər ikisi ilə danışıq gedir, narahat olmayın”.

AFFA-nın baş katibi Elxan Məmmədov da bununla bağlı açıqlama verib: “Biz onlarla bağlı iş aparırıq. Bu cür şeyləri mətbuata açıqlamırıq. Məxfilik gözlənilir. Eddi İsrafilovla da görüşdük, amma bizdən millidə oynamaq üçün 1 milyon pul istədi. Rusiyada legioner limiti problemi var. Azərbaycan millisinə gələn kimi, orada legioner sayılacaqlar və buna görə bizdə tələb edirlər ki, elə edin, biz orda legioner sayılmayaq”.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600