!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrində müvəqqəti məclis quruldu: “Təşəkkürlər, Türkiyə!” sədaları səsləndi

!Reklam – Yazi

Afrinin Türkiyə Silahlı Qüvvələri tərəfindən PYD, YPG və İŞİD terror qruplaşmalarından təmizlənməsindən sonra şəhərdə bir sıra dəyişikliklər edilməyə başlanılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən bildirir ki, Afrin şəhərində müvəqqəti demokratik məclis yaradılıb. Məlumatda əks olunur ki, bu müvəqqəti məclis kürd, ərəb və türkmən vətəndaşlarından ibarət olacaq.

  • Məclis 20 nəfərlik yerdən ibarətdir

20 yerlik məclisin üzvlərinin 11-i kürd, 8-i ərəb və biri də türkmənlər arasından seçilib. Məclisə sədrliyi  kürd nümayəndələr arasından seçilən Züheyir Heydər edəcək. Bununla yanaşı  Zekeriye Məhəmməd, Casim əl Siferi, Əhməd Həcc Həsən, Abdürrahman Naccar, Nifrəti Osman və Məhəmməd Şeyx Rəşiddən ibarət 8 nəfərlik idarə heyəti yaradılıb.

  • Afrinli olma şərti

Məclisə üzv olmaq üçün Afrinli olmaq və Afrinde yaşamaq əsas şərtlərdən biridir. Heydər bəy jurnalistlərə verdiyi açıqlamasında, “Türkiyəyə bu imkanı yaratdığı üçün təşəkkür edirik. Afrin xalqına xidmət edəcəyik. “Fərat Qalxanı” kimi “Zeytun Budağı” bölgəsi də nümunə olacaq”, – dedi.

Zaur H. 

COP29

www.yenicag.az

1354
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv