Nizami Rayon Məhkəməsi “AKT ko LTD” MMC-nin cərimə edilməsi barədə qərar qəbul edib.
Yenicag.az-ın xəbərinə görə, məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsi ilə təqsirli bilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 35 min manat miqdarında cərimə edilir.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından “AKT ko LTD” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “AKT ko LTD” MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə 3 girişli 14 mərtəbəli yaşayış binası (pilot layihə) tikir./Report/
www.yenicag.az