Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, qəza zamanı Hundaex qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi Mercedes markalı avtomobillə, 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası-na çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.













