Ağdamda yaşayış binaları ilə bağlı 9,2 milyon manatlıq LAYİHƏ

media-hightechnic-468x90

Azərbaycanın azad olunmuş digər əraziləri ilə yanaşı, Ağdam şəhərində də hissə-hissə bərpa, yenidənqurma və quruculuq işləri aparılır.

Yenicag.az xəbər verir ki, Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikinti işləri həyata keçiriləcək.

Belə ki, Ağdam və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum görüləcək işlərin 9,169 milyon manata başa gələcəyini proqnozlaşdırıb./trend

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600