Ağdaşda azyaşlılar dərmandan zəhərləndilər

media-hightechnic-468x90

Ağdaş rayonunda 2 azyaşlı dərmandan zəhərlənib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Yenicə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci təvəllüdlü Ə.A. (ad, soyadı şərti) və bacısı, 2019-cu il təvəllüdlü N.A. (ad, soyadı şərti) dərman zəhərlənməsi diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Valideynlərinin dediyinə görə, azyaşlı qızlar evdə ehtiyatsızlıqdan cücə üçün hazırlanmış dərmanı içiblər.

Hər ikisinə ilkin tibbi yardım göstərildikdən sonra qızlar evə buraxılıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa