Ağdaşda əməliyyat - Narkotik əkən şəxs saxlanıldı - FOTO

media-hightechnic-468x90

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaşda yaşadığı ünvanda çətənə kolları becərən Bakı şəhər sakini Mehman Soltanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan hündürlükləri 3 m 10 sm-dən 4 m 20 sm-dək, ümumi çəkisi 45 kiloqram olan 12 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600