Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Ağır itkidən sarsılan Vəfa Zeynalova: “Yeri hər zaman görünəcək”

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovun itkisi teatr cameəsində olan yaradıcı insanları da sarsıdıb.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor, Xalq artisti Yasin Qarayev bu itkinin yerinin dolmayacağını bildirib:

“Uzun illər onunla qonşu olmuşuq. İnsan kimi də, rejissor kimi də mükəmməl idi. Ağakişi Kazımov sonuncu mogikanlardan idi. Quruluş verdiyi bütün tamaşalar mədəniyyət hadisəsi sayılırdı. Yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də tamaşalar hazırlayıb. Onun itkisi Azərbaycan teatr və mədəniyyəti üçün ağır itkidir. Düşünmürəm ki, onun yerini kimsə tuta bilsin. O boşluq hər zaman qalacaq. Ölüm xəbəri məni çox sarsıtdı. Amma qoyduğu tamaşalarla hər zaman yaşayacaq”.

Tanınmış aktrisa Əməkdar artist Vəfa Zeynalova da A.Kazımovun itkisindən sarsıldığını bildirib:

“Ağakişi Kazımovun itkisi bizim üçün, eləcə də Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Onun yeri hər zaman görünəcək, Allah o dünyasını versin”.

Qeyd edək ki, xalq artisti bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Cəvahir

www.yenicag.az

396
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100