Ağır itkidən sarsılan XALQ ARTİSTİ: "Daim ayaqüstə idi, qəfil vəfat etdi..."
“Roza xanım Azərbaycan mədəniyyətinin və rəqs sənətinin parlaq ulduzu idi… Onun adı hər daim yaşayacaq”.
Bu sözləri Xalq artisti, rəqqasə Təranə Muradova Yenicag.az-a açıqlamasında dünyasını dəyişən yaxın qohumu və həmkarı Xalq artisti Roza Cəlilova barədə danışarkən deyib.
O, Roza xanımın vəfatını Azərbaycan mədəniyyətinin ağır itkisi kimi dəyərləndiib:
“Noyabrın 25-də Heydər Əliyev adına Sarayda yubiley gecəm keçiriləcək. Arzu edirdim ki, o da xoş günümdə yanımda olsun. Amma qismət olmadı. Roza xanım böyük sənətkar idi. Milli rəqslərimizin ən mükəmməl şəkildə təmsilsiçi və təbliğatçısı idi. Ölüm xəbəri məni sarsıtdı. Çoxdan xəstə idi, amma daim ayaqüstə idi, çəkilişlərə də gedirdi. Qəfildən vəfat etdi. O, daim ürəyimizdə yaşayacaq”.
Cəvahir












