Ağır yol qəzasında ölən 4 nəfərin adı məlum olub

media-hightechnic-468x90

179d09c35387a220d29b1f2873cb0b8cBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

media-banner_tuq

BŞBPİ-dən  verilən məlumata görə, aprelin 12-si saat 23.40 radələrində, Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində Bakı şəhər sakinləri – 1961-ci il təvəllüdlü Qabil Ələkbər oğlu Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla 1980-ci il təvəllüdlü Vidadi Söyün oğlu Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində V.Sərdarov, sərnişinləri – qardaşı, 1988-ci il təvəllüdlü Etibar, 1963-cü il təvəllüdlü İlqar Nizami oğlu Orucov və oğlu 1990-cı il təvəllüdlü Elçin hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində 12-ci Polis Bölməsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05