Ağstafada yanğın oldu- XƏSARƏT ALAN VAR

media-hightechnic-468x90

Ağstafada yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Sözü gedən küçədə yerləşən binada anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 1977-ci il təvəllüdlü K.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, K.Həsənov yanğın olan binanın gözətçisi işləyib. İlkin ehtimala görə, yanğına səbəb gözətçi otağındakı elektrik qızdırıcı olub. Yanğının baş vermə səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600