!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ-nin Ermənistandakı "MİSSİYA"SI: "Regiona kənar oyunçuları cəlb etmək cəhdləri..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın regiona kənar oyunçuları cəlb etmək cəhdləri regionda qüvvələr nisbətinin sayını artırılmasına hesablanıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqının (Aİ) Ermənistana missiya göndərməsinə etirazı ilə bağlı fikirlərini bölüşən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Elçin Mirzəbəyli bildirib ki, Aİ-nin birtərəfli qaydada verdiyi qərarlar Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsindəki obyektiv rolunu şübhə altına salır:

“İndiki şəraitdə Avropa İttifaqının iki illik missiyasının Ermənistan ərazilərində yerləşdirilməsi hüquqi baxımdan Ermənistanın səlahiyyətində olan məsələdir. Prinsip etibarilə missiyanın fəaliyyətinin sonrakı dövrdə hansı istiqamətlərdə həyata keçiriləcəyi müzakirə mövzusu ola bilər. Ermənistanın müəyyənləşdirdiyi gündəliyə uyğun olaraq mövqe sərgiləyəcəklərsə, şübhəsiz ki, bu, Cənubi Qafqazda daimi sülhün bərqərar olmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ciddi şəkildə mane olacaq. Eyni zamanda, İttifaqın özünün də proseslərdəki iştirakını müəyyən qədər şübhə altına alacaq. İndiki şəraitdə növbəti qarşıdurmaların baş verməməsi kontekstindən həyata keçirilən bir addımdırsa, Avropa İtitfaqı hər iki tərəflə ünsiyyətini qoruyub saxlamalıdır.

Hələlik məsələnin mahiyyətinin nədən ibarət olduğu bəlli deyil. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bütövlükdə Ermənistanın regiona kənar oyunçuları cəlb etmək cəhdləri nəticə etibarilə bölgədə qüvvələr nisbətinin sayını artırır. Bu da qarşıdurma risklərinin daha çox olması deməkdir. Oyunçular nə qədər çoxdursa, qarşıdurma, maraqlar kontekstindən ziddiyyətlər dərinləşir. Yeni oyunçular, yaxud oyuna daha aktiv şəkildə daxil olan oyunçular maraqları kontekstindən normallaşma prosesinə mane olmağa çalışır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

2430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv