!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailə dəyərləri: Azərbaycan milli modeli Dövlət Pedaqoji Kollecində müzakirə olundu - FOTO

!Reklam – Yazi
Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyi (BLMM) Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilati dəstəyi ilə milli ailə dəyərləri mövzusunda maraqla qarşılanan tədbir keçirib.
Yenicag.az xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məişət zorakılığı mövzusunda elan etdiyi qrant layihəsi çərçivəsində təşkil edilib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir dünyanın aktual mövzularından biri kimi ailə institutu bütün dövlətlərin və cəmiyyətlərin diqqət mərkəzindədir. Azərbaycan dövləti də hər zaman bu istiqamətdə fəal siyasət yürüdüb və milli ailə modelinin, ailə dəyərlərinin qorunmasına yüksək diqqət göstərib. İsrayıl İsgəndərov bildirib ki, rəhbəri olduğu kollecdə mövcud olan bir sıra ixtisaslar məhz ailə institunun möhkəmlənməsinə töhfə vermək məqsədi ilə yaradılıb və təhsil müəssisəsi qeyd edilən sahədə xeyli hazırlıqlı mütəxəssislər yetişdirməyə nail olub.
Beynəlxalq Liberal Maarifçilik Mərkəzinin sədri Zülfüqar Ələsgərov qloballaşan dünyada, inkişaf etmiş cəmiyyətlərdə ailə dəyərlərinin aşılanmasının acı gerçəklik olduğunu qeyd edərək bildirib ki, xarici amillərin təsirinə baxmayaraq Azərbaycanda ailə dəyərlərinin hələ də yüksək formada qorunması xalqımızın gələcək inkişafına ümidləri daha da artırır. Belə mövzuların gənclərlə müzakirəsinin mövcud problemləri öyrənmək və milli dəyərlərimizin yeni nəslə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb. Z. Ələsgərov 44 günlük savaşdakı parlaq qələbəmizdən sonra Qərbin zərərləi vərdişlərini Azərbaycana yeritmək üçün qurulan məkrli oyunlardan və gənclərimizin zəhərlənməsi üçün çeşidli mənfur kampaniyalardan bəhs edib, hamını bu bəlaya qarşı mübarizəyə hazır olmağa səsləyib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun cəmiyyətə gətirdiyi yeniliklərdən, ailə-məişət problemlərinin Mediasiya Şurasında müzakirəsindən və həlli yollarından bəhs edərək bildirib ki, Şura bu istiqamətdə Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələri ilə əməkdaşlıq etməkdə maraqlıdır və bu əməkdaşlıq cəmiyyətimizə böyük fayda verə bilər. N. Adilovun çıxışı da diqqətlə qarşılanıb və nəzərə alınıb ki, bu qurumlar arasında bir sıra birgə layihələr həyata keçirilsin.
Kollecin Ailə və ev təhsili şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Babayeva məruzə ilə çıxış edərək vurğlayıb ki, ailə instututu dövlətin əsasını təşkil edir, buna görə də Azərbaycanda milli ailə modelinin qorunması mühm əhəmiyyət daşıyır. İ.Babayeva təhsil müəssisəsində mövcud olan ixtisasların əslində hər birinin ailə-məişət mövzusu ilə bu və digər formada bağlı olduğunu qeyd edib,  kollecdə təhsil alan tələbələrin bu istiqamətdə yüksək təhsil və bacarıqlara yiyələndiyini vurğulayıb.
BLMM-in nümayəndəsi Taleh Şahməmmədov, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin təmsilçisi Ülviyyə Xəlil Azərbaycanda məişət zorakılığının vəziyyəti barədə fikirlərini çatdırıblar.
Sonra tədbir tələbələrin iştirakı ilə suallar və müzakirələr formasında yüksək fəallıqla davam etdirilib.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv