“İkimiz də eyni düşüncəyə malik olduğumuzdan, bir-birimizi tamamlayırıq”.
Bu fikirləri yeni ailə quran tanınmış müğənni Sevinc Musayeva Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi ailə qurmazdan öncə gələcək həyat yoldaşı ilə bağlı maraqlı etiraflar edib. O, “ailənizdə daha çox kimin sözü keçir” sualını ətraflı cavablandırıb:
“Ailədə ikimizin də sözümüz keçir. Mənə evlilik təklifi edəndə, oturub onunla iki saat danışdım. Dedim, niyə məhz mən? Səbəbləri açıqlayandan sonra ailə qurmağa qərar verdim.
O danışdıqca, sanki özümü gördüm. Nişanlananda paylaşdığım şəkillərdə üzünü bağladım. Çoxları elə bildi ki, mən onu gizlədirəm. Amma anlamadılar ki, onsuz da toyda hər şey bəlli olacaq.
Bu, Əlinin fikri idi, demişdi, Seva mən şou-biznes adamı deyiləm, toya qədər mənə vaxt ver, belə şeylərə öyrəşim. Buna görə də nişanlı vaxtı onunla olan fotolarımda üzünü gizlətdim. Çoxları bunu başqa yerə yozdu. Bu, sadəcə ona olan hörmətimdən irəli gəlirdi. Onun istəyini yerinə yetirdim.
Toyumuzda da hamı gördü ki, burada gizlətməli heç nə yoxdur. Ailədə kim daha uzaqgörən, müdrik, hissiyatlıdırsa, onun sözü keçməlidir. İş burasındadır ki, ikimiz də eyni düşüncəyə malik olduğumuzdan, bir-birimizi tamamlayırıq.
Həyat yoldaşım hər gün deyir, Allahıma şükürlər olsun ki, səninlə ailə qurdum. Sən mənimlə ailə qurmasaydın, inanmıram, başqa kiminləsə evlənərdim”.
Cəvahir
www.yenicag.az