!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailələrdə tərbiyə, məktəblərdə təlim PROBLEMİ: “Gənclərin yolverilməz davranışlarında...”

!Reklam – Yazi

“Əvvəlki illərdə təhsil sisteminə baxdıqda, istər rəhbərliyin, istərsə də seçilən kadrların bu sahədə təcrübəsinin olduğu açıq-aşkar görünürdü”.

Bu fikirləri insan ləyaqətinin alçaldıldığı görüntülərlə Azərbaycanın gündəminə çevrilən məlum video haqqında qənaətlərini bölüşən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə mənfi halların meydana gəlməsində həm ailənin, həm də məktəbin məsuliyyəti var:

“İlk olaraq, ötən illərlə müqayisədə məktəbdə təhsilin təşkilinin zəif olduğunu qeyd etmək lazımdır. Məktəbə getməyə-getməyə attestat alan şagird hansı təlim-tərbiyəni görəcək? Təhsil ocağında müəllim şagirdlə maraqlanmalı, ona biliklə yanaşı, tərbiyə də verməlidir.

Bir daha əvvəlki illərdə təhsil sisteminə baxdıqda, istər rəhbərliyin, istərsə də seçilən kadrların bu sahədə təcrübəsinin olduğu açıq-aşkar görünürdü. İndi isə tamamilə əksinədir. Bu sistemdə olanların çoxunun təhsillə bağlı nəinki təcrübələri var, heç ixtisasları belə həmin sahəyə uyğun deyil.

Bu mənfi nüansların gənclərin təlim-tərbiyəsinə təsirsiz ötüşməsi qeyri-mümkündür. Eyni zamanda, gənclərin yolverilməz davranışlarında sosial şəbəkələrin də neqativ planda rolu böyükdür. Çünki sosial şəbəkədən düzgün istifadə edilməməsi şagirdlərin tərbiyəsinə birbaşa mənfi təsir göstərir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv