“Aktrisa, aparıcı və ya müğənni oldunsa, fahişəsən” – Pərvin Abıyeva əsəbləşdi

Tanınmış aktrisa Pərvin Abıyevanın Türkiyə mətbuatına verdiyi müsahibə zamanı Azərbaycan kişiləri haqqında səsləndirdiyi sözlər ətrafında qalmaqal böyüyür.

Yenicag.az xəbər verir ki, aktrisa müsahibəsində Rafet El Romanla münasibətlərindən danışıb və onun Azərbaycan kişilərindən fərqli olaraq, romantik olduğunu deyib: “Rafet çox səmimi, romantik insandır. O, Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər”.

Saytımıza açıqlama verən Pərvin Abıyevanın həmkarı Tunay Əliyeva isə bu fikirlərinə görə aktirsanın tənqid edib:

“Bizim kişilər 500-1000 manatlıq qadına qarşı kobuddursa, romantik deyillərsə, bu, sadəcə Azərbaycan üçün fəxrdir. Pərvin bundan təəccüblənməməlidir. Pərvin və onun kimiləri kobud davranışa layiqdirlər. Yəqin ki, o, Azərbaycan və Türkiyə kişilərini yoxladıqdan sonra belə qənaətə gəlib. Azərbaycan kişiləri Pərvinə “Porsche” alanda, axırı da belə olmalı idi”.

Bu açıqlamadan sonra Pərvin də “instagram” hesabı vasitəsi ilə Tunaya sərt cavab verib:

“Yenə Pərvin daş olub, çoxlarının başına düşdü. Yenə Pərvinə biri söz atdı, reytinq qazandı. Bezmədiniz mənim üzərimdən piar aparmaqdan? Bizim kişilərimiz romantik deyil, kobuddurlar sözü nə vaxtdan bəri təhqir olub? Biri çıxsın desin ki, bu təhqirdir. Düz deyirəm də, ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də, düşüncə tərzimiz hələ də köhnədir. Aktrisa, aparıcı ya da müğənni oldunsa, fahişəsən. Azad yaşadın fahişəsən, boşandın fahişəsən! Kişi olmayanlar da indi qalxıb ayağa, nə olub? Köhnə fikirli olmaq təhqir deyil, belə insanlar hər birimizin ailəsində var! Söyüşlərinizi özünüzə saxlayın. Mən kminsə alqışı ilə doğulmamışam ki, qarğışı ilə də gedəm. Biz müasirləşə bilmirik. Demişəm və sözümün üstündə də dururam”.

“Sən Tulaya mən bir dəfə cavab vermədim, qadındı dedim və boş verib keçdim. Amma bu dəfə sənin nə mal olduğunu deyib keçəcəm. Şərəfsiz, sən kimsən ki, mənə 500-1000 manatlıq deyirsən? Ətrafımda olan tanışlarımın çoxu səninlə nəinki 500-ə, 300-ə görüşüblər. Sənin avtobioqrafiyanı öyrənmişəm. Maşınla adam vurub qaçdın Türkiyəyə. Gedib orda pulla görüşürsən, üstəlik türk serialının birində kazinoda baş rola bir gecəlik hədiyyə olunan fahişə rolunu oynayırsan. İndi gəlib aktrisalıqdan danışırsan. Elə etmə ki, bütün həyatını töküm ortaya. Düş yaxamdan! Bəsdi özünü mənimlə reklam etdin. Azərbaycan kişisini maşında öldürən sən idin”.

COP29