Müğənninin ƏN BÖYÜK ARZUSU: “İstəyirəm, pullarımı ora xərcləyim”
“Bu gündən sonra nə qazanıramsa, istəyirəm, hamısını dünyanı gəzməyə xərcləyim”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kamalə Qaramollayeva “Xəzər axşamı” verilişində deyib.
Sənətçi indən belə qazandığı pulları səyahətə xərcləmək istədiyini deyib:
“İnsanlar var ki, qazandıqlara pullara villa alır, bağ tikdirir. Şükür Allaha, demirəm, mənim yoxumdur, varımdır, amma bu gündən sonra nə qazanıramsa, istəyirəm, hamısını dünyanı gəzməyə xərcləyim. Gəzməyi çox sevən insanam. Ona vaxt ayıra bilmədiyim üçün deyirəm, bir də bu yaşım nə vaxt olacaq. Çox istərdim ki, vaxtım olsun. Xəritədə elə bir yer olmasın ki, orada olmayım. Xəritədə barmağını hara qoysan, orada olmuş olum. Xəritədə barmağımı qoyuram e, amma ora gedib çıxa bilmirəm”.
Nehru