Aktrisa Pərvin Abıyevanın sevgilisi – keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavidan Abdullayev müəmmalı ölümü ilə bağlı ölkə mətbuatında xəbərlər yayılsa da, onun kimliyi tam açıqlanmayıb.
Yenicag.az criminal.az saytına istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində 2019-cu ilin dekabrın 31-də yatıb, yuxudan oyanmayan Cavidan Abdullayev Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğludur. Atası Mehdi Abdullayev isə Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir. Onun cənazəsi artıq Bakıya gətirilsə də, ölüm səbəbi haqda açıqlama verilmir.
Məlum olan odur ki, Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş – Murad və Cavidan Abdullayevlər yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər. Amma bayram gecəsi Cavidanın hansı səbəbdən ölməsi hələlik naməlumdur.
Xatırladaq ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı rəsmi məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
Qeyd edək ki, aktrisa Pərvin Abıyevanın sevgilisi – keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı olan Cavidanın yanında aparıcı Seyran Əliyevanın da olduğu ortaya çıxıb.
Bu barədə aparıcı özü məlumat verib:
“Söz tapıb yaza bilmirəm. Son üç gündür yuxu yatmırıq. Sənə bu ölüm heç yaraşmır. Sən Allahın nə qədər sevimli bəndəsisən ki, ölümün belə gözəldir. O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim. Həyatımda sənin qədər abırlı, tərbiyyəli, namuslu oğul hələ görməmişdim. İgid oğul, Allah sənə rəhmət etsin. Mələk qəlblimiz, ölüm haqqdır, amma sənə heç yaraşmadı”.
www.yenicag.az