!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aldığı evi başqasına SATDILAR – ŞİKAYƏT/VİDEO

!Reklam – Yazi

Vətəndaş mənzilinin qanunsuz olaraq digər şəxsə satıldığını iddia edir.

Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən binada mənzil sahibi olan Əzimov Güloğlan Xanoğlan oğlu “Yeni Çağ”ın redaksiyasına mənzil problemləri ilə bağlı şikayətini bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə adıçəkilən ünvanda yerləşən binadan mənzil alıb. Lakin o iddia edir ki, həmin mənzil eyni vaxtda iki və daha artıq şəxsə satılıb:

“Mənzillər iki və daha artıq adamlara satıldığı üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Nəticədə həmin təsisçi şəxs həbs olundu və 9 il müddətinə azadlıqdan məhrum edildi. Daha sonra həmin binaya yeni iki rəhbər təyin edildi. Bu müddətdə heç bir problemlə qarşılaşmadıq. Lakin 2024-cü ilin sentyabr ayında mənzilimlə bağlı məhkəməyə müraciət edildiyi xəbərini aldıq. Məlum oldu ki, Hümmətəliyev Rza Hümmətəli oğlu məhkəmədə yaşadığım evi məndən 2 ay öncə aldığı ilə bağlı iddia qaldırıb”, – deyə o bildirib.

Məsələ ilə bağlı çəkiliş apardığımız zaman sakinlər də sözügedən mənzilin həqiqətən Əzimov Güloğlana aid olduğunu dilə gətiriblər.

Sakin Qurbanov Aqil Əli oğlu qeyd edib ki, Əzimov Güloğlanı 2016-cı ildən tanıyır və binanın tikintisinin ləngiməsi ilə bağlı şikayəti edən zaman birgə olublar.

“Bu 9 il ərzində onun evinə indi iddia qaldıran şəxsi görməmişəm. Hər zaman sakin və qonşu kimi Güloğlan Əzimovu görmüşük”, – deyə o qeyd edib.

Digər sakin Rəhimova Rəvanə isə adıçəkilən binadan Əzimov Güloğlanla eyni vaxtda bina aldığını və qonşu kimi də onu tanıdığını söyləyib.

Həmçinin, binanın digər mənzil sahibi Səfərov Elçin və uzun müddətdir həmin binada yaşayan Ağababayev Rəhim də Əzimov Güloğlanın qanuni sakin olduğunu və sakinlər siyahısında onun adının yer aldığını təsdiqləyiblər.

Ətraflı videomaterialda:

 


Nəsimi Ələsgərli

Samir Məcidov

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv