Polşalı hüquq mühafizə orqanı əməkdaşının Ukraynadan aldığı hədiyyə onu ölümlə üz-üzə qoyub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Daxili İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Bildirilib ki, hüquq mühafizə orqanı əməkdaşının Ukrayna ziyarəti sırasında aldığı hədiyyə Varşavadakı polis şöbəsində partlayıb.
Partlayış nəticəsində polislə bir mülki şəxs yaralanıb.
Hədiyyə paketinin içində nə olduğu ilə bağlı isə məlumat paylaşılmayıb.
www.yenicag.az