!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali Məhkəmə “Azərişıq”ın şöbə rəisi ilə bağlı qərar elan etdi

!Reklam – Yazi

Ali Məhkəmə “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin enerji şöbəsinin rəisi Azər Abdullayevin barəsində olan hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İbtidai istintaq orqanı tərəfindən elan olunan ittihama əsasən, A.Abdullayev Neftçala Elektrik Şəbəkəsinin enerji satış şöbəsinin rəisi vəzifəsində işləyərkən 2020-ci ildə rayonun Həsənəbad qəsəbə sakininə məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisi verilişini qanunsuz dayandırıb.

Daha sonra vətəndaş Neftçala Rayon Prokurorluğuna şikayət edib.

A.Abdullayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittihah irəli sürülüb.

Neftçala Rayon Məhkəməsinin hökmü ilə A.Abdullayevin qazancından 20 faiz dövlət nəfinə tutulmaqla o, 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib, A.Abdullayevin əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib./Report/

COP29

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv