Böyük Britaniyanın Ali Məhkəməsi eynicinslilərin nikah mərasimi üçün tort sifarişindən imtina edən şirniyyat sexinə haqq qazandırıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, haqqında danışılan şirniyyat sexinin dindar sahibləri gey cütlüyün onlara qarşı qaldırdığı iki məhkəmə iddiasını uduzmuşdu.
Məlumata görə, ilkin məhkəmə instansiyası şirniyyat sexinin LGBT fəalı Qaret Linin nikahı üçün tort sifarişini rədd etməsini diskriminasiya kimi qiymətləndirmişdi.
Lakin şirniyyat sexinin sahibləri Ali Məhkəməyə üz tutublar və həmin instansiyanın onların lehinə qərar çıxarmasına nail olublar. Ali Məhkəmənin 5 hakimi qərarın lehinə yekdilliklə səs verib.
Qeyd olunur ki, bu, Böyük Britaniyada diskriminasiyadan müdafiə və etiqad azadlığı anlayışlarının toqquşduğu ən səs-küylü məhkəmə işi hesab olunurdu.
www.yenicag.az