!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali Məhkəmədə əksər proseslər karantinə görə təxirə salındı

!Reklam – Yazi

Bu gün Ali Məhkəmənin Plenumu keçirilib.

Yenicag.az-ın məlumatlına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev iclasda bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölüm halları minimuma endirilib.

Qeyd edilib ki, respublikada xüsusi karantin rejiminin mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulub və buna görə karantin rejimi mayın 4-dək uzadılıb.

Plenumda xüsusi karantin rejiminin uzadılması nəzərə alınaraq “Azərbaycanda Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərar qəbul edilib.

Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib.

Məhkəmələrə, həmçinin, İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub.

Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi tam aradan qaldırılmadığından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilib, hazırkı Plenum qərarının 23 aprel 2020-ci il tarixdən 4 may 2020-ci il tarixədək qüvvədə olması təsbit edilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

COP29

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv