Ali Məhkəmə hicab məhbusunun şikayətinə baxdı

media-hightechnic-468x90

bnvbnvfgfAprelin 2-də hicab məhbusu Nahid Qəhrəmanovun işindən Ali Məhkəməyə verilən şikayətə baxılıb.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. Nərimanov Rayon Məhkəməsi 2013-cü il oktyabrın 21-də onu 4 il müddətinə azadlıqdan məhrum edib. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub.

Bakı Apellyasiya Məhkəməsində işə ilkin baxış zamanı Nahid Qəhrəmanovun müdafiəçiləri şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Apellyasiya məhkəməsi bu istəyi təmin etməyib. Ona görə də Ali Məhkəməyə şikayət verilib.

Kassasiya şikayəti təmin olunmayıb. Bu o deməkdir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın Nahid Qəhrəmanov haqda çıxardığı qərardan verilmiş şikayətə məhkəmə istintaqı aparmadan baxacaq.

Birinci instansiyanın qərarından verilmiş şikayətdə həbs haqqında hökmün ləğv edilməsi istənilir(media forum).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600