Ali Məhkəmənin yeni hakimi təyin edilib

media-hightechnic-468x90

şşşİnqlab Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib. Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında qəbul olunub.

Bundan əlavə, Zərbəli Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Millət vəkilləri səsvermə ilə Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərini vəzifədən azad ediblər.
Millət vəkilləri digər səsvermə ilə Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərini vəzifələrindən azad ediblər.

Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclis eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifələrindən azad edib.

Qeyd edək ki, bu hakimlər iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə yazıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600