!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Alibaba”nın icraçı direktoru vəzifəsindən getdi - Milyarder xeyriyyəçilik edəcək

!Reklam – Yazi

Çinin ən zəngin adamlarından biri olan Cak Ma bazar ertəsi günü “Alibaba” elektron ticarət imperiyasının icraçı direktoru vəzifəsindən ayrılacağını bildirib.

Yenicag.az xəbər verir ki, o, “Alibaba”nın idarə heyətində qalacaq, lakin bundan sonra əsasən, təhsildə xeyriyyəçilik mövzusuna diqqət ayıracaq.

Ma 1999-cu ildə “Alibaba” şirkətini qurmaqla bərabər, onun dünyanın ən böyük internet şirkətlərindən birinə çevrilməsində əsas pay sahibidir.

400 milyard dollardan çox bazar dəyəri olan “Alibaba” online satış, film istehsalı və digər sahələrdə aparıcı şirkətlərdən biridir.

“Times” qəzetinə verdiyi müsahibədə keçmiş ingilis dili müəllimi Ma “təqaüdçülük son deyil, yeni bir dövrün başlanğıcıdır” – deyə bildirib.

54 yaşlı Ma məhşur Forbes jurnalının 2017-ci ilə olan araşdırmasına əsasən, 40 milyard dollarlıq sərvət ilə Çinin üçüncü ən zəngin biznesmenidir.

İş həyatına Hangzhou şəhərində yerləşən bir universitetdə ingilis dili müəllimi kimi başlayan milyarder, daha sonra qrup yoldaşının dəstəyi ilə Hangzhoudakı mənzilindən “Alibaba” elektron ticarət şirkətinin fəaliyyətlərinə başlayıb.

www.yenicag.az

2355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv