!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alıcıları aldadan biznes qurumları.. - Ekspert süni qiymət artımının SƏBƏBLƏRİNİ açıqladı

!Reklam – Yazi

“Bir il ərzində Azərbaycan istehlakçıları 500 milyon manata yaxın aldadılır”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, istehlakçıların hüququnu pozan biznes qurumlarına qarşı sərt tədbirlərin görülməməsi və istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunların zəifləməsi süni qiymət artımına təkan verir:

“Məlumdur ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunub. Ona görə də dünya bazarındakı qiymət siyasəti ölkəmizə də təsir edir. Lakin dünya bazarında qiymətlər aşağı düşəndə Azərbaycanda bu azalma baş vermir. Düzdür, azad bazar iqtisadiyyatı olduğu üçün biznes qurumları istənilən malı istədiyi qiymətə sata bilər. Lakin bütün hallarda biznes qurumları sosial məsuliyyətlərini dərk etməli və qiymət tənzimlənməsini ifrat səviyyəyə çatdırmamalıdırlar. Sahibkarın məqsədi istehlakçıdan çoxlu pul götürməkdir. Təəssüf ki, Azərbaycanın biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə edilir və süni qiymət artımına yol verilir. Təxminən bir il ərzində Azərbaycan istehlakçıları 500 milyon manata yaxın aldadılır. Alıcılar üzləşdikləri problemlə bağlı 195-1 çağrı mərkəzi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur. Lakin qurum istehlakçıdan kifayət qədər məlumat alsa da, son nəticə istehlakçının ürəyincə olmur. Çünki şikayət olunan mağaza barədə ciddi cərimələr tətbiq olunmalıdır və cərimələrin nəticəsi barədə ictimaiyyətə məlumat verilməlidir. Təəssüf ki, bu cür şəffaflıq yoxdur. Hətta şikayət edən istehlakçıya da nəticə barədə məlumat verilmir. Müvafiq qurum sadəcə “Yoxlayarıq, araşdırarıq” kimi cavablar verir. Ona görə də istehlakçılar hüquqlarının pozulmasına görə dövləti günahkar bilirlər. Hökumətin yeganə günahı odur ki, 1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qəbul olunan qanunun köhnəlməsi və hələ də dəyişilməməsidir”.

Gülşən Şərif

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv